EN

Marneulidə peşəkar idmançılar arasında beynəlxalq turnir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”nin dəstəyi, həmçinin “Qafqaz Arena”nın təşkilatçılığı ilə peşəkar idmançılar arasında ilin yekununa həsr olunmuş turnir keçirilib.

Hafta.az xəbər verir ki, çempionatda 5 ölkədən 30-dək idmançı iştirak edib.

Turnirin açılış mərasimində “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək yarışların Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəldiyini qeyd edib, idman turnirlərinin yüksək səviyyədə keçirilməsi üçün “Azərbaycan Evi”nin daim təşkilati dəstək verdiyini vurğulayıb

“Qafqaz Arena”nın rəhbəri Yavər Məmmədov, təşkilatçı İbrahim Məmmədov, Avropa və dünya çempionu Alim Nəbiyev və başqaları çıxışlarında gənclər arasında idmanın inkişafına göstərilən diqqət və dəstəyi qeyd ediblər. Bildirilib ki, yarışın əsas məqsədi gənclər arasında idmana marağı artırmaq və idmanı daha çox təşviq etməkdir.

Yarışlar idmanın 4 növü – kinqboksinq, MMA, boks və muaytay üzrə keçirilib. Yarışda iştirak edən Azərbaycan, Türkiyə, İran və Gürcüstan idmançıları təşkilatçılara yaradılan şəraitə görə təşəkkürlərini bildirib və bu kimi yarışların davam etdirilməsinin mühüm olduğunu vurğulayıblar.

Yarışın sonunda qaliblər kuboklarla təltif olunublar.

Chosen
24
2
hafta.az

3Sources