EN

"Səbail"lə oyundan 3 xalla ayrılmaq istəyirik" - "Baku Sportinq"in baş məşqçisi

1-ci Liqanın 8-ci turunda "Baku Sportinq" "Səbail"i qəbul edəcək. Meydan sahiblərinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb iddialı rəqiblə oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səbail" Premyer Liqa təcrübəsi olan rəqibdir. Rəqibin heyətindəki istər yerli, istərsə də legioner futbolçuların elita təcrübəsi var. Buna baxmayaraq, biz də oyuna yaxşı hazırlaşmışıq. "Səbail"in məqsədi elitaya qayıtmaqdırsa, bizim də öz hədəflərimiz var. Məqsədimizə çatmaq üçün "Səbail"lə oyundan 3 xalla ayrılmaq istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Nihat

Chosen
19
1
fanat.az

2Sources