EN

WUF13 – Dünyanın diqqəti yenidən Azərbaycanın paytaxtında olacaq 

Azərbaycan 2026-cı ildə qlobal əhəmiyyətli konfransa – Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Forumun keçiriləcəyi vaxt - mayın 17-22-də Bakı urbanizasiya, iqlim və dayanıqlı inkişaf sahəsində beynəlxalq dialoqun mərkəzinə çevriləcək. 20 mindən çox şəxsin - ixtisaslaşmış mütəxəssislər, vətəndaş cəmiyyəti nümayəndələri və s. – iştirakı ilə mövcud problemlərin həlli yolları axtarılacaq, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün yol xəritəsinin hazırlanması müzakirə olunacaq.

Chosen
21
4
azerbaijan-news.az

5Sources