ain.az, Azertag portalına istinadən məlumat yayır.
Azərbaycan 2026-cı ildə qlobal əhəmiyyətli konfransa – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Forumun keçiriləcəyi 17-22 may tarixlərində Bakı urbanizasiya, iqlim və dayanıqlı inkişaf sahəsində beynəlxalq dialoqun mərkəzinə çevriləcək. 20 mindən çox iştirakçının - ixtisaslaşmış mütəxəssislər, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə mövcud problemlərin həlli yolları axtarılacaq, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün yol xəritəsinin hazırlanması müzakirə olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.