Millinin son oyununda zədələnən və xüsusən də mətbuata açıqlaması zamanı Azərbaycan dilində yaxşı danışa bilməməsi səbəbilə tənqid edilən Şahruddin Məhəmmədəliyev paylaşım edib. 

Offsideplus.az xəbər verir ki, o, Azərbaycanda yaşadığı üçün qürur duyduğunu bildirib: "Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xöşbəxtəm."

Şahruddin, həmçinin, Azərbaycan dilini tam bilməməsinə bu cür qarşılıq verib: "Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır.”

Qeyd edək ki, Şahruddin zədə səbəbilə 2-3 aylıq müddətə sıradan çıxıb.