Avropa Şurasının sədri Antonio Kosta Serbiya xarici siyasətini tezliklə Avropa İttifaqı (Aİ) ilə uyğunlaşdırmağa başlayacaq.
Busaat.az xəbər verir ki, Belqrad bu öhdəliyi Aİ-nin ölkənin üzvlük prosesini əngəlləməklə bağlı təhdidləri fonunda qəbul edib.
“Serbiya qarşıdakı həftələrdə əhəmiyyətli islahatlar həyata keçirməyi öhdəsinə götürdü” deyən Kosta, bunların Aİ-nin xarici və müdafiə siyasəti ilə daha yaxşı uyğunlaşması üçün audiovizual media və enerji sektorlarında həyata keçiriləcəyini izah etdi.
Oktyabr ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq edilmədən Avropa Birliyinə üzv olmayacağını bəyan edib.
Yeganə