EN

Rafinyadan “Barsa”ya sevindirici xəbər

Rafinya Diasın zədədən dönüşü yaxınlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın braziliyalı hücumçusu bu gün yığmaya çağırılmayan futbolçularla birlikdə ümumi məşqə qoşulub.

O, sentyabrda arxa bud əzələsindən aldığı zədə və oktyabrda onun təkrar olunması səbəbilə uzun müddət oynaya bilməyib.

Rafinya bu mövsüm La Liqada 6 oyunda 3 qol vurub.

Chosen
24
1
idmanxeber.az

2Sources