EN

Bu tarixdən “ƏDV geri al” a görə daha çox vəsait ödəniləcək AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

""ƏDV geri al" layihəsinin əsas məqsədi şəffaflığın artırılmasıdır. Bu həm vətəndaşları nağdsız ödənişlərə yönləndirməyə xidmət edir, həm də vergi sistemində şəffaflığı təmin edir. Nağdsız ödənişlərdə, məsələn, kartla ödəniş zamanı əməliyyatlar qeydiyyata alınır və gizlətmək mümkün deyil. Bu səbəbdən "ƏDV geri al" prosesi tətbiq olunur".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.O, bildirib ki, hökumət bu layihə ilə vətəndaşların fəal iştirakını təşviq edir, pulun bir hissəsini büdcədən geri qaytarır və iqtisadi motivasiya yaradır:"Gələn ildən bərbərxana, gözəllik salonları və digər oxşar xidmət sahələri də "ƏDV geri al" kateqoriyasına əlavə olunacaq. Buradakı əsas məqsəd yenə şəffaflığın artırılması və nağdsız ödənişlərin stimullaşdırılmasıdır, çünki bu sahələrdə vergidən yayınmalar hələ də çoxdur. Vətəndaşlar kartla ödəniş edib qəbz alsınlar ki, nağd ödənişlərin istifadəsi azalsın. Ümumiyyətlə, layihənin çox müsbət təsirləri var və biz bunu bir neçə ildir tətbiq olunan təcrübədə görürük".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
demokrat.az

1Sources