EN

Yeni FƏNN: STEAM tələbələrin karyera imkanlarını genişləndirəcək

Elm və Təhsil Naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalının (SAF 2025) açılışı zamanı qeyd eidb ki,Qarabağ Universitetində STEAM-in ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanılacaq

Bu halda sual yaranır ki, STEAM ixtisası üzrə təhsil almış şəxs məzun olduqdann sonra hansı peşədə işləyə bilər?  Ümumiyyətlə, digər universitetlərdə də STEAM ixtisası yaradıla bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb. 

172655O, qeyd edib ki, yeni innovativ fənlərə həqiqətən ehtiyac var:

"Qeyd etdiyiniz kimi Qarabağ Universitetində STEAM-in ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq. Əslində buna ehtiyac var. Niyə ehtiyac var? Çünki universiteti bitirən tələbələr iş tapmaqla bağlı  kifayət qədər çətinlik çəkirlər.

Amma sistem özündə elm və təhsili, innovasiyanı və startapları birləşdirir. Cəmiyyətimizin inkişaf etməsi, eyni zamanda layihələr yaratmaq üçün bu startaplara böyük ehtiyacı var. Bu istiqamətlər indidən fənn kimi keçirilərsə, tələbələrin başqa ixtisas oxuyub sonradan yenidən startap yaratmaqla məşğul olmasına ehtiyac qalmaz".

Onlar birbaşa innovasiyanın, texnologiyanın, elmin və təhsilin tətbiqinin içərisində olaraq ayrıca yeni model fənlərlə tanış olacaqlar. Artıq elə fənlər var ki, öz aktuallığını nisbətən itirir və əhəmiyyəti azalır. Buna görə də yeni, innovativ fənlərə həqiqətən ehtiyac var.

Düşünürəm ki, bu kimi fənlərin yaradılması gələcəkdə tələbələrin iş mühitinə uyğunlaşmasına kifayət qədər faydalı ola bilər və eyni zamanda iqtisadiyyatımıza böyük töhfə verə bilər".

Chosen
37
azedu.az

1Sources