EN

Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ - SENSASİON İDDİA

Yerli mətbuatın yazdığına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ölkədəki korrupsiya qalmaqalı fonunda Ukraynaya qayıtmaqdan imtina edib.

Musavat.com xəbər verir ki, məlumatlara görə, Umerov qərarını şəxsi qaydada Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırıb.

Eyni zamanda, Ukrayna deputatı Aleksey Qonçarenko bildirib ki, Umerov hazırda ABŞ-dadır və onun NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) və SAP (İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu) işi ilə bağlı Amerika hakimiyyəti ilə danışıqlar aparmağa çalışır.

Xatırladaq ki, Umerov NABU-nun Timur Mindiçin evində axtarış aparandan dərhal sonra Türkiyəyə uçub. İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu daha sonra Umerovun iş üzrə təqsirləndirilən şəxslərdən biri olduğunu təsdiqləyib.

Qonçarenkonun sözlərinə görə, bu məsələləri həll etməyin yeganə yolu istintaqla razılaşmaq və Ukraynadakı digər iştirakçılar barədə ifadə verməkdir.

Deputat həmçinin Umerovun Amerika vətəndaşı olduğunu, ABŞ-da mülk sahibi olduğunu, ailəsinin də orada yaşadığını iddia edir. “Onu Ukrayna ilə birləşdirən yeganə şey Volodimir Zelenskinin xarizmasıdır”, - o qeyd edib.

Musavat.com

Chosen
73
1
musavat.com

2Sources