Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Heytəm bin Tariq Al Səidi və Latviya Prezidenti Edqars Rinkeviçsi müvafiq milli bayramlar münasibətilə təbrik edib.
Prezident Əliyev təbriklərində Sultanlıq və Latviya xalqlarına əmin-amanlıq, rifah və dövlət başçılarına möhkəm cansağlığı arzulayıb. Həmçinin Azərbaycan-Latviya münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün gələcəkdə birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.