EN

Əlavə qatar reysləri təyin edildi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə KONKRET.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Qazaxdan Ağstafaya isə saat 17:20-də yola düşəcək.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
295
49
konkret.az

10Sources