EN

KİV: Britaniya “Prince of Wales” üçün NATO müşayiətinə möhtacdır

BAKI, 18 noyabr. TELEQRAF

Böyük Britaniya donanması NATO tərəfdaşlarının dəstəyi olmadan “HMS Prince of Wales” aviadaşıyıcısını tam gücü ilə istismara çıxarmaqda çətinlik çəkir.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" müdafiə qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Britaniya Kral Hərbi Dəniz Qüvvələri hazırda həm hərbi, həm də yardımçı gəmilərin çatışmazlığı, eləcə də şəxsi heyətin kifayət qədər olmaması ilə üzləşir. Bu səbəbdən tamhüquqlu aviadaşıyıcı zərbə qrupunun formalaşdırılması üçün NATO tərəfdaşlarının müşayiətinə ehtiyac yaranır.

“London NATO-ya yalnız o halda dəstək verə bilər ki, NATO özü müşayiət təmin etsin.” -mənbələrdən biri bildirib.

Onun sözlərinə görə, ABŞ belə bir zərbə qrupunu tam şəkildə təmin edə bilər, lakin Britaniya bunu etmək üçün digər öhdəliklərindən imtina etməli olacaq.

Chosen
73
teleqraf.com

1Sources