BAKI, 18 noyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəsinə narkotik axınını dayandırmaq üçün Meksika ərazisinə zərbələrin endirilməsi ideyası onu narahat etmir.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən danışıb.
“Məni bu tamamilə qane edir. Narkotiklərin qarşısını almaq üçün nə lazımdırsa etməliyik,” - Tramp deyib.
Amerika lideri vurğulayıb ki, əsas məqsəd Meksika kartellərinin fəaliyyətini məhdudlaşdırmaq və ABŞ-yə narkotik daşınmasının qarşısını almaqdır.