AZ

ABŞ Venesuela gəmilərinə zərbələri belə əsaslandırdı

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ administrasiyası Venesuelaya məxsus narkotik daşıyan gəmilərə endirilən zərbələrin qanuniliyini əsaslandırmaq üçün fentanili “kimyəvi silah” kimi təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyinin gizli qeydlərində narkotik daşıyan gəmilərə zərbələrə icazə verən hüquqi əsas izah olunur. Həmin sənəddə fentanil “kimyəvi silah kimi potensial təhdid” kimi təsvir edilir.

Bununla yanaşı, qəzet vurğulayır ki, Venesuelada fentanil istehsal olunduğuna dair sübut yoxdur.

Seçilən
70
37
teleqraf.com

10Mənbələr