Astrofotoqraf Endryu MakKarti nadir və təsirli bir kadr lentə almağa müvəffəq olub.
Ölkə.az xəbər verir ki, paraşütçünün silueti Günəşin səthi fonunda görüntülənib. “İkarın enişi” adlandırılan bu layihənin həyata keçirilməsi üçün bir neçə həftə hazırlıq aparılıb və altı cəhd tələb olunub.
Fotoda paraşütçü və musiqiçi MakKarti Qabriyel yer alıb. O, təxminən 1070 metr hündürlükdən təyyarədən tullanıb.
Bu görüntü qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müasir astrofotoqrafiyanın ən çox diqqət çəkən işlərindən biri kimi qiymətləndirilib.(lent.az)

