EN

Karateçilərimiz Türkiyədə keçirilən turnirdə uğurla çıxış ediblər

Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından "Unikal"a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.

Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev bürünc medalla kifayətlənib.

Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.

Chosen
83
23
unikal.az

10Sources