ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Hukerlə görüşüb.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar.
Ararat Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib.
Tərəflərin "Tramp marşrutu"nu da müzakirə etdikləri bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.