AZ

Mirzoyan “Tramp yolu”nu ABŞ rəsmisi ilə müzakirə etdi

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Hukerlə görüşüb.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar.

Ararat Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib.

Tərəflərin "Tramp marşrutu"nu da müzakirə etdikləri bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
9
yenisabah.az

10Mənbələr