ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Venesuela rəhbərliyi Amerika Birləşmiş Ştatları ilə danışıqlara ümid edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
“Venesuela prezidenti Nikolas Maduro ilə müzakirəmiz ola bilər. Görəcəyik, bu nəyə gətirib çıxaracaq. Biz istərdik ki, Konqres də prosesə cəlb olunsun. Onların icazəsini almağa ehtiyacımız yoxdur, amma düşünürəm ki, onların məlumatlı olması yaxşı olardı”, - Tramp qeyd edib.
Maduro dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi son 100 ildə ABŞ tərəfindən mümkün müdaxilə baxımından ən ciddi təhlükə ilə üz-üzədir. Vaşinqton Venesuela hakimiyyətini narkotrafikə qarşı mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.