EN

Mərdanın sosial mesajlı anşlaqla keçən konserti – Video

Ötən gün müğənni Mərdan Kazımovun solo konserti baş tutub.

Minval.info xəbər verir ki, “Jolly Joker Baku”da anşlaqla baş tutan konsertdə müğənni öz repertuarından sevilən hitlərini bir-birinin ardınca səsləndirib.

Mərdan Xalq artisti Mələkxanım Əyyubova, Orxan Zeynallı, Jay Meel ilə birlikdə duetlərini ifa edib.

Müğənni səhnədən sosial mesajlar verməyi də unutmayıb. O narkomaniya bəlasına, qadın və uşaq ölümlərinə diqqət çəkib. O milli rəqslə rok janrını sintez edərək maraqlı performans  nümayiş etdirib.

Səbəbkar konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzlərinə, təşəkkürünü bildirib.

Tamaşaçılar səsləndirilən musiqilərin sədaları altında bolluca rəqslər ediblər.

 

 

 

 

 

 

Chosen
220
1
minval.info

2Sources