Ötən gün müğənni Mərdan Kazımovun "Cavanlığım" adlı solo konserti baş tutub.
Musavat.com xəbər verir ki, "Jolly Joker Baku"da baş tutan konsertdə müğənni öz repertuarından sevilən hitlərini bir-birinin ardınca səsləndirib.
Mərdan Xalq artisti Mələkxanım Əyubova, Orxan Zeynallı, Jay Meel ilə birlikdə duetlərini ifa edib.
Müğənni səhnədən sosial mesajlar verməyi də unutmayıb. O, narkomaniya bəlasına, qadın və uşaq ölümlərinə diqqət çəkib. Sənətçi milli rəqslə rok janrını sintez edərək maraqlı performans nümayiş etdirib.
Səbəbkar konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzvlərinə təşəkkürünü bildirib.
Tamaşaçılar səsləndirilən musiqilərin sədaları altında bolluca rəqslər ediblər.
Könül
Musavat.com