Masazırda sexdə qəza- kişinin əli amputasiya edilib
Ajans.az xəbər verir ki, hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb. Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub. Araşdırmalar aparılır.