EN

ABŞ Maduronu terror təşkilatının rəhbəri kimi tanıyacaq

ABŞ Venesuela Prezidenti Nikolas Maduro ilə əlaqəli olan narkotik kartelini Xarici Terror Təşkilatı elan edəcək.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb. Həmin açıqlamaya görə, “ABŞ Dövlət Departamenti 24 noyabr 2025-ci il tarixində Cartel de los Soles-i Xarici Terror Təşkilatı kimi təyin etmək niyyətindədir”.

ABŞ administrasiyasının məlumatına görə, kartelə “Nikolas Maduro və digər yüksək vəzifəli” Venesuela rəsmiləri rəhbərlik edir.

Qeyd edək ki, Maduro belə bir təşkilatın olmadığını iddia edir.

 

Chosen
32
50
minval.info

10Sources