EN

Ata və oğulun mübahisəsi qanla nəticələndiVİDEO

Gədəbəydə  37 yaşlı oğlan yaşadığı evdə bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Rəşad  İlyasov aldığı ağır xəsarətlər nəticəsində  dünyasını dəyişib.  İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Rəşadla onun atası İlqar İlyasovla yaşadıqları evdə mübahisə zəmnində baş verib. 

Ata və oğul evdə mübahisə edərkən onların səs-küyünə yaxınlıqda yaşayan qohumu gedib. O, tərəfləri sakitləşdirməyə çalışsa da buna nail ola bilməyib.

Oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.

Mərhumun meyiti müvafiq ekspertizadan keçirildikdən sonra  ailəsinə təhvil verilib. Hadisənin təfərrüatları Gədəbəy rayon prokurorluğunda araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
174
xezerxeber.az

1Sources