EN

“Qarabağ”ı azlıqda qoyan hakim yığma üçün gəlib!

Milli komandamız bu gün Fransanı qəbul edəcək.

Nikola Dabanoviçin İslandiya ilə oyunda meydan sahiblərinə zərrəcə simpatiya bəsləməməsi fonunda bugünkü oyunun hakiminin personası maraq doğurur. Bizə çox yaxşı tanış olan birisi, yəni latviyalı Andris Treymanis Bakıya gəlib.

40 yaşlı referi 14 ildi ki FİFA dərəcəsi daşıyır. 2019-cu ildə U-17 dünya çempionatının final matçında söz sahibi olub.

Treymanis Almaniya - Azərbaycan (5:1, 8 oktyabr 2017, DÇ-2018-in seçmə oyunu), Azərbaycan - Belarus (0:1, 23 mart 2018, yoldaşlıq oyunu), eləcə də Çempionlar Liqasının təsnifat mərhələsinin BATE - “Qarabağ” (1:1, 14 avqust 2018) görüşlərində ədalət qoruyub. Hətta İnnosent Emeqaraya qırmızı vərəqə göstərməklə son 15 dəqiqədə “köhlən atlar”ın işini çətinləşdirib.

Treymanis həmçinin gənclərdən ibarət komandaların matçlarında da çalışıb: Azərbaycan U-21 - İsrail U-21 (3:0, Avropa çempionatının seçmə mərhələsi), Azərbaycan U-17 - Ukrayna U-17 (0:0) və Xorvatiya U-17 - Azərbaycan U-17 (2:1, Avropa çempionatının seçmə mərhələsi) oyunlarında da söz sahibi olub.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
120
1
football-plus.az

2Sources