EN

ABŞ Maliyyə Nazirliyi Lukoyl-la bağlı qərar verdi

ABŞ Maliyyə Nazirliyi xaricdəki aktivlərini satması üçün Lukoyl şirkətinə 3 həftə əlavə vaxt verib.

Musavat.com xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin açıqlamasında yer alıb.

Qeyd edək ki, Lukoyl-in xarici aktivləri ilə əməliyyatlara qoyulan güzəşt müddəti 21 noyabrda bitirdi. Şirkət əlavə vaxt almaq üçün ABŞ Maliyyə Nazirliyinə müraciət etmişdi. İndi açıqlanan məlumata görə, istisna müddəti dekabrın 13-dək uzadılıb. Həmin tarixə qədər Lukoyl-a Rusiyadan kənarda pərakəndə yanacaqdoldurma məntəqələrinə xidmət göstərməyə və onları idarə etməyə də icazə verilib.

Xəzər Boru Kəməri Konsorsiumu (Qazaxıstan neftinin ixrac edildiyi boru kəməri), Qazaxıstan şirkəti Tengizchevroil və Qazaxıstandakı Qaraçaqanak yatağının işlənməsi layihəsi ilə bağlı da Lukoyl və Rosneft-ə  əlavə müddət verilib.

Bolqarıstan yanacaq bazarının təxminən 80 faizini təmin edən Lukoyl şirkətinin Bolqarıstan neft emalı zavodu, eləcə də təyyarə və gəmilərin yanacaq doldurulması ilə məşğul olan Lukoyl şirkətinə məxsus Bolqarıstan şirkətləri üçün ayrıca icazə verilib. Bu sanksiya güzəşti 29 aprel 2026-cı il tarixinədək qüvvədə olacaq.

Birləşmiş Krallıq da Lukoyl şirkətinin Bolqarıstan aktivləri üçün oxşar lisenziya verib. Lakin Böyük Britaniyanın sanksiya güzəşti yalnız 14 fevral 2026-cı il tarixinədək qüvvədə olacaq.

Musavat.com

Chosen
266
37
musavat.com

10Sources