DÇ-2026-nın Avropa təsnifat mərhələsində növbəti matçlar keçirilib.
90deqiqe.Az xəbər verir ki, B qrupunda Sloveniya öz meydanında Kosovo ilə qarşılaşıb və görüş qonaqların xeyrinə başa çatıb – 0:2. Digər oyunda İsveçrə İsveçi qəbul edib və rəqibini 4:1 hesabı ilə məğlub edib.
C qrupunda Danimarka Belarusa qarşı matçda qələbəni əldən verib – 2:2. Yunanıstan isə Şotlandiya ilə gərgin keçən görüşdə 3:2 hesabı ilə qalib gəlib.
E qrupunda Gürcüstan evdə İspaniyaya qarşı böyük hesabla uduzub – 0:4. Türkiyə isə Bolqarıstana qarşı matçda öz meydanında inamlı oyun nümayiş etdirərək 2:0 hesabı ilə qələbə qazanıb.
15 noyabr
B qrupu
Sloveniya – Kosovo 0:2
İsveçrə – İsveç 4:1
C qrupu
Danimarka – Belarusiya 2:2
Yunanıstan – Şotlandiya 3:2
E qrupu
Gürcüstan – İspaniya 0:4
Türkiyə – Bolqarıstan 2:0