EN

Futbol üzrə Azərbaycan millisi növbəti matçına çıxır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Sentenari" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Qazaxıstandan və Maltadan olan hakimlər briqadası idarə edəcək.

15 noyabr

17:30, Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)

"Sentenari" stadionu, Ta Qali.

Baş hakim: Sayat Karabayev (Qazaxıstan).

Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta).

Dördüncü hakim: Ezekiel Barbara (Malta).

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət millimiz seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına 6:1 hesabı ilə məğlub olub.

"Cebheinfo.az"

Chosen
27
1
cebheinfo.az

10Sources