EN

Azərbaycanlı qardaşlar Türkiyə klubunun oyununa təyinat aldılar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinatlarını alıblar.

Sportinfo.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin "Nilüfer Bələdiyyəspor" (Türkiyə) - "Red Boys"(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.

Görüş noyabrın 16-da Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman Kompleksində keçiriləcək.

Chosen
112
50
sportinfo.az

10Sources