"Mançester Siti" klubunun "Real Madrid"in futbolçusu Rodriqoya olan marağı davam edir.

Offsideplus.az xəbər verir ki, Pep Qvardiola bu mövsüm az oynamağına baxmayaraq braziliyalı vingeri çox bəyənir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real Madrid" onun üçün 80 milyon avro tələb edir.

Xabi Alonsonun gəlişindən sonra Rodriqo əsas heyəti unudub. O, cari mövsüm cəmi 452 dəqiqə meydanda olub.