EN

Azərbaycan futboluna tanış sima Treimanis üçüncü dəfə Bakıya gələcək

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan milli komandasının noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Futbolpress.az-ın məlumatına görə, matçın baş hakimi Andris Treimanis olacaq. Latviyalı referi daha əvvəl də millinin oyununa təyinat alıb.

O, Avropa çempionatının seçmə mərhələsində 2017-ci ildə keçirilən Almaniya – Azərbaycan görüşünün baş hakimi olub. Kayzerslauterndə baş tutan X tur matçı almanların qələbəsiylə başa çatıb – 5:1.

Treimanis bir dəfə də millinin matçına VAR hakimi kimi təyinat alıb. O, Millətlər Liqasında 2022-ci ildə Bakıda baş tutan Azərbaycan – Slovakiya (0:1) oyununda iş başında olub.

Andrisin Bakıya ilk gəlişi 2014-cü ilə təsadüf edir. O, Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da İsrailə qarşı keçirdiyi oyunu idarə edib. Bu matç millimizin inamlı qələbəsiylə başa çatıb – 3:0.

Latviyalı referi “Qarabağ”ın 2018-ci ildə BATE (Belarus) ilə Çempionlar Liqasının III təsnifat mərhələsi matçını idarə edib. Bu görüş bərabərliklə başa çatıb. Treimanis bundan sonra bir dəfə də “atlılar”ın 2023-cü ildə Cəbəllütariqdə “Linkoln”la ÇL matçında VAR hakimi olub.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
125
futbolpress.az

1Sources