“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaldandan sonra bərpa prosesini uğurla davam etdirir.
"Football-plus.az" xəbər verir ki, “Bild”in məlumatına görə, 22 yaşlı futbolçu reabilitasiya məşqçisi Saymon Martinellonun rəhbərliyi altında fərdi məşq keçib və ilk dəfə top ilə işləyə bilib.
Son mövsümlərdə tez-tez zədələnən Musiala komandasının Klublararası Dünya Çempionatı çərçivəsində PSJ ilə matçda (0:2) Canluici Donnarumma ilə toqquşma nəticəsində baldır sümüyünün sınması və ayaq biləyinin çıxması səbəbindən zədə almışdı