AZ

O, artıq topla məşq edir

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaldandan sonra bərpa prosesini uğurla davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “Bild”in məlumatına görə, 22 yaşlı futbolçu reabilitasiya məşqçisi Saymon Martinellonun rəhbərliyi altında fərdi məşq keçib və ilk dəfə top ilə işləyə bilib.

Son mövsümlərdə tez-tez zədələnən Musiala komandasının Klublararası Dünya Çempionatı çərçivəsində PSJ ilə matçda (0:2) Canluici Donnarumma ilə toqquşma nəticəsində baldır sümüyünün sınması və ayaq biləyinin çıxması səbəbindən zədə almışdı

Seçilən
264
3
football-plus.az

4Mənbələr