EN

Voleybol millimiz İslamiadanı gümüş medalla başa vurdu

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığmamız həlledici oyunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyə seçməsi ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşmiş final qarşılaşması Azərbaycan milli komandası üçün uğursuz alınıb. Hər üç setdə üstün olan Türkiyə millisi İslamiadanın qalibi olub. Millimiz isə gümüş medallarla kifayətlənib.

Xatırladaq ki, Azərbaycan millisi yarışdakı ilk oyununda İran yığmasını üstələmişdi – 3:0 (25:11, 25:16, 26:24). İkinci turda komandamız Takicistan yığmasına qalib gəlmişdi – 3:0 (25:5, 25:11, 25:9). Türkiyə yığması ilə görüşdə komandamız 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi. Ötən gün baş tutmuş Əfqanıstanla görüşdə isə yenə 3:0 (25:7, 25:5, 25:9) hesablı qələbəyə sevinmiş komandamız finala yüksəlmişdi.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İslam Həmrəyliyi Oyunları
13 noyabr

Azərbaycan – Türkiyə 0:3 (14:25, 10:25, 18:25)

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
26
7
arena.az

10Sources