Bakı. Trend:
Türkiyə Futbol Federasiyası (TFF) qanunsuz mərc oyunlarındaiştiraka görə 102 futbolçunu diskvalifikasiya edib.
Trend bu barədəTFF-nin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbərverir.
Məlumata görə, diskvalifikasiya müddətləri 45 gündən 1 ilə qədərdəyişir. Futboldan 12 aylıq müddətə uzaqlaşdırılan oyunçulararasında tanınmışlardan - qapıçılar Əli Şaşal Vural (“Sivasspor”),Orkun Özdemir (“Boluspor”), yarımmüdafiəçi Oktay Aldın (“Amed”),müdafiəçi Abdülsamed Burak (“Kayserispor”) və senegallı hücumçuAlassan Nado (“Konyaspor”) yer alır.