EN

"Heç kim Qarabağ üçün bizim qədər iş görməyib" - Paşinyan

"Ermənistan Qarabağ məsələsi ilə bağlı özünü müəyyən bir ölkənin cibində tapmışdı. 2018, 19, 20, 21-ci illərdə və 2022-ci ilə qədər ordumuzun sosial-psixologiyası və düşüncəsi təsir agenti olub. Ordumuzda suveren iradə mərkəzi yox idi". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Onlar bizə deyirlər ki, Siz onlara nə istəsələr verdiniz. Əksinə, biz son illərdə onlara heç nə verməmişik. Bu gün insanlar gəlib Qarabağ üçün ağlayırlar. Heç kim Qarabağ üçün bizim qədər bir şey etməyib. Maliyyə məsələlərindən tutmuş, heç vaxt görünməyəcək şeylərə qədər", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 

Chosen
26
unikal.az

1Sources