EN

Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqının Ermənistandakı kəşfiyyat-nəzarət missiyasının üzvləri (casus missiyası – red.) Azərbaycanla sərhəddə yerləşən ərazilərdə “əməliyyatlarını” davam etdirirlər.Bizim.Media xəbər verir ki, bu barədə məlumat missiyanın X sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.“İcevan bazamızda Niderland Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Karolin Ramakersin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyimiz üçün qürur duyuruq və onları Tavuş vilayətindəki (Qazax rayonu ilə sərhəddə - red.) əməliyyat bölgəmizlə tanış edirik.Niderland kontingenti EUMA tərkibində ən böyük qruplardan biridir,14 nəfərdən ibarətdir.Avropa İttifaqının Ermənistandakı missiyasına verdiyiniz daimi dəstəyə görə sizə təşəkkür edirik,

Niderland!” — deyə açıqlamada bildirilir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
2
bizim.media

3Sources