İspaniyanın basketbol üzrə kişilərdən ibarət “Barselona” komandasının yeni baş məşqçisi məlum olub.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xavi Paskual gətirilib. Onunla 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
O, daha əvvəl 2008-2016-cı illərdə Kataloniya təmsilçisini çalışdırıb.
Qeyd edək ki, “Barselona” Avroliqada 6 qələbə ilə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.