Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
İspaniyanın basketbol üzrə kişilərdən ibarət “Barselona” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xavi Paskual gətirilib. Onunla 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
O, daha əvvəl 2008-2016-cı illərdə Kataloniya təmsilçisini çalışdırıb.
Qeyd edək ki, “Barselona” Avroliqada 6 qələbə ilə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.