ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada bir mÉ™hkÉ™mÉ™ "OpenAI" ÅŸirkÉ™tinin dil modellÉ™rini musiqi É™sÉ™rlÉ™ri ilÉ™ icazÉ™siz ÅŸÉ™kildÉ™ öyrÉ™tdiyinÉ™ qÉ™rar verib.Â
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Almaniyada musiqi hüquqlarını idarə edən kollektiv təşkilat GEMA tərəfindən qaldırılan iddia nəticəsində məhkəmə şirkətin Almaniyanın müəllif hüquqları qanunlarını pozduğuna hökm verərək təzminat ödəməsinə qərar çıxarıb, ödəniləcək məbləğ açıqlanmayıb.
GEMA "OpenAI"nin ötən il lisenziyalı musiqi əsərlərindən icazəsiz şəkildə süni intellekt modellərinin təlimində istifadə etdiyini iddia edərək məhkəməyə müraciət etmişdi.
Təşkilatın baş direktoru Tobias Holzmüller bu qərarın yaradıcıların hüquqlarını qoruma baxımından Avropadakı ilk mühüm süni intellekt qərarı olduğunu bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.