EN

Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, təqsirləndirilən Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Əziz Orucov 2023-cü ilin 27 noybarında saxlanılıb. O, Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
10
apa.az

10Sources