AZ

Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verdi


“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, təqsirləndirilən Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Seçilən
23
10
yeniavaz.com

10Mənbələr