EN

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərin məhkəməsi üzrə hazırlıq iclası keçirilib

Bakı. Trend:

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdiklərivideogörüntünü sosial şəbəkələrdə paylaşdıqlarına görə, polistərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşı - AlzamanMahdi Ali , Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadıncinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Trend xəbərverir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə anketməlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin əməlindəcinayət tərkibi olmadığını əsas gətiriblər. Həmçinin vəkillərcinayət işinə xitam verilməsini məhkəmədən xahiş ediblər.

Vəkil məhkəməyə bildirib ki, müvəkkili harada olduğunun fərqindəolmayıb:

"Mədəniyyətlərimiz fərqlidir. Qəbirlərimiz ayrı formadadır.Onlar bilməyiblər haradadırlar. Yanlış anlaşılma olub. İşə xitamverilməsini xahiş edirəm".

Digər vəkillər vəsatəti müdafiə edib.

Dövlət ittihamçısı vəsatəti əsassız hesab edib və təminedilməməsini və işin baxışa verilməsini xahiş edib.

Hakim vəsatəti təmin etməyib və işin məhkəmə baxışına verilməsibarədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 27 noyabrda keçiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlərxiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünüsosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinəturist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosialşəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərindətəhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Chosen
20
3
az.trend.az

4Sources