EN

Simonyan erməni bloqerlərdən hüquq-mühafizə orqanlarına şikayət edib

Ermənistan parlamentinin sədri Alen Simonyan hüquq-mühafizə orqanlarına bloqerlər Narek Samsonyan və Vazgen Saqatelyan barədə şikayət edib.

“İki sahil”in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu spikerin mətbuat katibi Movses Arutyunyan bildirib.

Onun sözlərinə görə, Alen Simonyan N.Samsonyan və V.Saqatelyanın aparıcı olduqları "İmnemnimi" podkastının efirində səslənən təhqirlərə və hədələrə hüquqi qiymət verilməsini tələb edir.

Chosen
8
2
ikisahil.az

3Sources