EN

Ərdoğan şəhid hərbçinin atasına zəng etdi

Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan şəhid İlker Aykutun atası ilə telefonla danışaraq başsağlığı veribTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan Hava Təyyarə Texniki Başçavuşu İlker Aykutun atası Ünal Aykutla telefonla əlaqə saxlayaraq ona başsağlığı verib. Şəhidin Tekirdağın Muratlı bölgəsində yaşayan ailəsinə çox sayda insan baş çəkərək həmrəylik nümayiş etdirib. AK Partiya Tekirdağ millət vəkili Mestan Özcan da ailəni ziyarət edərək Ünal Aykuta başsağlığı diləklərini çatdırıb. Daha sonra o, Prezident Ərdoğanı telefonla axtararaq, şəhid atasını onunla danışdırıb. Ulusum.az xəbər verir ki, telefon danışığında Prezident Ərdoğan acılı ataya belə müraciət edib: "Allah sizə səbir versin. Bütün ailəyə başsağlığı diləklərimi çatdırın. Onlar şəhidlik zirvəsindədir, Peyğəmbərimizə qonşudurlar. Allah yardımçımız olsun, məkanı cənnət olsun, inşallah."Baba Aykut da “Vətənimiz sağ olsun. Allah hər kəsdən razı olsun," ifadəsini işlədib.ƏrdoğanUlusum.az / R.İkramlı

Diqqət Çəkənlər

Muazzez Abacı dünyasını dəyişdi

Türkiyənin C-130 hərbi təyyarəsi qəzaya uğradı

Əhmədlidə sürüşmə olub VİDEO

Chosen
23
4
ulusum.az

5Sources