EN

Ukraynada daha bir nazir İSTEFA VERDİ

Ukraynalı nazir Qaluşenko da istefa ərizəsi verib.

İnterpress.az xəbər verir ki, bu barədə Sviri­denko məlumat yayıb.

Ukraynanın Ədliyyə Nazirliyinin rəhbəri Denis Qaluşenko da vəzifəsindən ayrılmaq üçün ərizə yazıb.

Baş nazir İrina Sviri­denko parlamentə həm Qaluşenkonun, həm də Qrinçukun vəzifədən azad olunması ilə bağlı təqdimat göndərib.

Qərarın səbəbi açıqlanmayıb. Təfərrüatlar gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın energetika naziri Svetlana Qrinçuk istefa verib.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
39
interpress.az

1Sources