EN

İbrahim Tatlısesin əmlakına məhdudiyyət qoyuldu

“Müvəkkilim Ahmet Tatlıses ilə İbrahim Tatlıses arasında davam edən iş hələ nəticələnməyib".

"Yeni Sabah" xəbər verir ki, bunu Ahmet Tatlısesin vəkili bildirib.

Ahmet Tatlıses bir müddətdir atası İbrahim Tatlıses ilə arasında yaşanan gərginlikdən sonra onun ruhi vəziyyətindən şübhələndiyini bildirərək məhkəməyə müraciət etmişdi. O, atasına himayədar təyin olunması üçün iddia qaldırmışdı.

"İşin İbrahim Tatlısesin xeyrinə bitdiyi barədə yayılan məlumatlar doğru deyil. Məhkəmə prosesi davam edir və bu müddətdə İbrahim Tatlısesin şirkətlərinə məxsus əmlak üzərinə qoyulmuş müvəqqəti məhdudiyyət qərarı da qüvvədədir. Növbəti məhkəmə iclası yanvarın 30-da keçiriləcək”, - vəkil vurğulayıb

Aydan Hacı 


Telegram kanalımız
Chosen
9
1
yenisabah.az

2Sources