EN

Prezident Nəsimi rayonuna icra başçısı təyin etdi

Nəsimi Rayon İcra Hakimiyyətinə yeni icra başçı təyin edilib. 

Ekologiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, Elxan İbrahimov Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. Prezidentin digər sərəncamı ilə o, bu vəzifədən azad olunub.

Chosen
24
6
ekologiya.az

10Sources