“Yeni Klinika” publik hüquqi şəxsi “Viessmann” markalı qazanxana avadanlıqları təmiri üçün malların alınması, quraşdırılması və digər xidmətlərə 75 971 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, malları satacaq və xidməti göstərəcək şirkət “Bebiko” MMC-dir.
Klinika və MMC arasında müqavilə bağlanıb, işlərin icrasına başlanılıb.
Cabir
Tarix: 12 Noyabr 2025, 10:17